“Döyülürsənsə, niyə 3 uşaq doğmusan?” Deputatın sözləri qalmaqala səbəb oldu


Digərləri 16 May 2018 13:56:00 245 0

“Döyülürsənsə, niyə 3 uşaq doğmusan?”  Deputatın sözləri qalmaqala səbəb oldu

Milli Məclisin Ailə, qadın və uşaq komitəsinin  sədri Aqiyə Naxçıvanlının ötən gün komitənin iclasında valideynlərin uşaq dünyaya gətirməklə bağlı fikri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. "Qafqazinfo" xəbər verir ki, istifadəçilər uşaq dünyaya gətirməyin birbaşa dövlətin marağına və xeyrinə səbəb olduğunu qeyd edirlər. Həmçinin dövlətin hər bir doğulan uşağa görə ailəyə yardım etməyə borclu olduğunu da vurğulayırlar. 

Son.az xəbər verir ki, qafqazinfo sözügedən müzakirələrlə bağlı A. Naxçıvanlı ilə əlaqə saxlayıb. Deputat bildirib ki, onun çıxışının sosial şəbəkəyə və başqa heç kimə aidiyyatı yoxdur: "Məsələ bağlandı. İclas komitəmizin qapalı iclası idi. Bununla bağlı növbəti tədbirimiz olacaq. İndi isə heç bir müsahibə verəsi deyiləm".