AFFA-da seminar təşkil olunub


İdman 16 May 2018 13:56:00 262 0

AFFA-da seminar təşkil olunub

Bu gün AFFA-nın inzibati binasında Topaz Premyer Liqasında çıxış edən klubların məşqçiləri üçün “İnstat” şirkətinin nümayəndələrinin iştirakı ilə seminar təşkil olunub. Goal.az xəbər verir ki, Topaz Premyer Liqasında çıxış edən futbolçuların ətraflı statistik göstəricilərinin əhəmiyyətini, həmçinin əksər klubların daha əvvəl də “İnstat” şirkəti ilə əməkdaşlığını nəzərə alaraq Azərbaycan Futbol Federasiyaları Assosiyasiyası danışıqlardan sonra şirkətlə ikiillik müqavilə imzalayıb. Müqaviləyə əsasən, “İnstat” şirkəti növbəti iki mövsüm ərzində bütün milli komandaları, Premyer Liqa klublarını və AFFA-nın Gənclər Liqasını oyunların hesabatı, videoanaliz, statistika, fitness və s. göstəricilərlə təmin edəcək. AFFA layihənin bütün xərclərinin ödənilməsini öz üzərinə götürüb.