Millimizin rəqibi heyətini açıqladı


İdman 16 May 2018 13:38:00 237 0

Millimizin rəqibi heyətini açıqladı

Qadın voleybolçulardan ibarət Ukrayna millisinin heyəti açıqlanıb. Goal.az xəbər verir ki, Qızıl Avropa Liqasında Azərbaycan yığmasının rəqibinin baş məşqçisi Qari Yeqiazarov Bakıya gətirəcəyi “14-lüy”ü müəyyənləşdirib.

Ukrayna yarışda əsasən gənc heyətə güvənəcək. Bu da aparıcı oyunçuların legioner həyatı yaşaması ilə bağlıdı. Onların mübarizə apardığı ölkələrdə yerli çempionatlar yeni başa çatdığından milliyə qoşulmayıblar. Çalışdırıcı bu “14-lüy”ü isə Belarusa 3:2 hesabı ilə qalib gəldikləri matçın yekununa əsasən açıqlayıb.

Toppaylayıcılar: 4. Alla Politanska, 14. Lyudmila Osaçuk, 17. Aleksandra Peretyatko,

Blokçular: 2. Diana Karpets, 9. Yuliya Qerasimova, 12. Anastasiya Karasova, 3. İrina Truşkina

Hücumçular: 1. Katerina Kalçenko, 5. Karina Denisova, 8. Anastasiya Krayduba, 10. Anna Kiriçenko, 11. Anna Stepanyuk, 16. Nadejda Kodola

Liberolar: 6. Kristina Nemtseva.

Azərbaycan ilk turda, mayın 19-da Ukraynanı qəbul edəcək. Voleybolçularımızın son oyunu da bu rəqibə qarşı olacaq və səfərdə baş tutacaq qarşılaşma iyunun 6-na təsadüf edəcək.