Prokuror sabiq polis polkovnikinə cəza istədi


Digərləri 16 May 2018 13:27:00 202 0

Prokuror sabiq polis polkovnikinə cəza istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin Ələt portunun sabiq rəisi, polis pokovniki Fərhad Məmmədxanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında onun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası mayın 18-nə təyin edilib.

Qeyd edək ki, F.Məmmədxanov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub və barəsində həbs qətimkan tədbiri seçilib.