700 bal toplayan qız xaricdə oxumaq istəyir, amma... FOTO


Digərləri 16 May 2018 13:30:00 367 0

700 bal toplayan qız xaricdə oxumaq istəyir, amma...  FOTO

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi mayın 13-də II və III ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanının nəticələrini elan edib.

İmtahanda II ixtisas qrupu üzrə 2 abituriyent (Xaçmaz rayonu 8 saylı şəhər orta məktəbi (akademik Zərifə Əliyeva adına) və Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziyanın məzunları), III ixtisas qrupu üzrə isə 5 abituriyent (Bakı şəhəri, 45 saylı orta məktəb, 89 saylı orta məktəb, 214 saylı orta məktəb, Bakı Türk liseyi (Türkiyə Dəyanət Vəqfi) və Texniki humanitar liseyin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

Son.az azvision.az-a istinadən xəbər verir ki, rekorda imza atan abituriyentlərdən biri Bakı şəhər 89 saylı orta məktəbin şagirdi Şayxanım Həsənovadır. O, bütün suallara düzgün cavab taparaq maksimum nəticəni göstərib.

Şayxanım Həsənova indiyədək sınaq imtahanlarında heç vaxt 700 bal toplamayıb. O, sayta bildirib ki, bu vaxtadək maksimim 668 bal toplamağı bacarıb. Dediyinə görə, çox vaxt həyəcandan bildiyi sualları da duzgün yaza bilməyib.


Xəbərə aid fotolar