Azərbaycan Həcc ziyarətinə əlavə yerlərin ayrılması üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər


Digərləri 16 May 2018 13:24:00 289 0

Azərbaycan Həcc ziyarətinə əlavə yerlərin ayrılması üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər

Azərbaycan Həcc ziyarətinə kvotadan əlavə yerlərin ayrılması üçün Səudiyyə Ərəbistanı Krallığına müraciət edə bilər.

Bakı. Elçin Mehdiyev - Azərbaycan Həcc ziyarətinə kvotadan əlavə yerlərin ayrılması üçün Səudiyyə Ərəbistanı Krallığına müraciət edə bilər. Qafqaz Müsəlmanları İdarəsindən Trend-ə verilən məlumata görə, bu il Həcc ziyarəti üçün Azərbaycana ayrılan kvota üzrə 1440 zəvvar sənəd verib. Ancaq Həcc ziyarəti üçün əlavə müraciət edənlər var və müraciətlər davam edir. QMİ-dən bildirilib ki, məsələnin həlli istiqamətində məsləhətləşmələr aparılır və əgər qərar qəbul olunsa, kvotadan əlavə yerlərin ayrılması üçün Səudiyyə Ərəbistanı Krallığına müraciət olunacaq.