Altay diyarı Azərbaycana aqrotexnika satacaq FOTO


Digərləri 16 May 2018 13:12:00 304 0

Altay diyarı Azərbaycana aqrotexnika satacaq  FOTO

Rusiyanın Altay diyarının müəssisələri Azərbaycana ərzaq, kənd təsərrüfatı texnikası və xüsusi avadanlığın tədarükünün artırılmasında maraqlıdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Altay diyarının baş nazirinin müavini Viktor Meşeryakov Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Oleq Muraşov və ticarət nümayəndəsi Eldar Tlyabiçovla görüşü zamanı bildirib.

V.Meşeryakov bildirib ki, hazırda Altay diyarının xarici ticarət dövriyyəsi 1,5 milyard dollar təşkil edir ki, bundan cəmi 8,5 milyonu, yəni 0,21 faizi Azərbaycanın payına düşür.


Xəbərə aid fotolar