İntizam Komitəsi Səbail-in məşqçisini cəzalandırıb


İdman 16 May 2018 13:20:00 275 0

İntizam Komitəsi Səbail-in məşqçisini cəzalandırıb

AFFA İntizam Komitəsinin iclası keçirib.Goal.az xəbər verir ki, iclasda Topaz Premyer Liqasının 27-ci turunda baş verən qayda pozuntuları müzakirə edilib. Yekunda Səbail-in baş məşqçisi Samir Əliyev və 2 futbolçuya cəza verilib.

Əliyev XXVII turun Neftçi ilə səfər matçının 43-cü dəqiqəsində hakimlər briqadasını təhqir etdiyi üçün texniki zonadan kənarlaşdırılıb. İntizam Komitəsi onu 5 oyunluq cəzaya, klubunu 4000 manat cəriməyə məruz qoyub.

Zirə-nin futbolçusu Milan Düriç isə Kəpəz-lə ev oyununun 9-cu dəqiqəsində aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alıb. Serbiyalı yarımmüdafiəçi 4 oyunluq cəzalanıb, klubu 3200 manat cərimə olunub. Oyunun 80-cı dəqiqəsində isə Kəpəz-in futbolçusu Kamran Abdullazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Nəticədə Abdullazadə 1 oyunluq cəza, klub 200 manat cərimə ilə üzləşib.