Xaçmazlı qız imtahanda 700 bal topladı FOTO


Digərləri 16 May 2018 12:58:00 297 0

Xaçmazlı qız imtahanda 700 bal topladı  FOTO

Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi qəbul imtahanında 700 bal toplayan abitiruyentlərin daha birinin adı məlum olub.

Son.az azvision.az-a istinadən xəbər verir ki, Xaçmaz şəhər Akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseyin şagirdi Jalə Rəcəbova II ixtisas qrupu üzrə rekorda imza ataraq 700 bal toplayıb. Jalə Rəcəbova AzVision.az-a bildirib ki, 700 bal toplayacağını ondan başqa hamı gözləyirdi: 

"700 toplamaq bir az şans işi olduğuna görə, özümü əvvəldən ümidləndirmək istəmirdim, amma minimum 680 bal toplayacağıma söz vermişdim. Həmin anda nə hiss etdiyimi bilmirəm, belə vaxtlarda adətən sakit oluram, sevinsəm də büruzə vermirəm. Amma məni sevindirən əsas ailəmin - anamın, atamın, bacılarımın sevinməsi oldu. Birinci sinifdən əlaçı olmuşam, 9-cu sinfi qırmızı şəhadətnamə ilə bitirmişəm".

Jalə Rəcəbova ABŞ-da keçirilən Qafqaz Gənc Liderlər proqramının 1 ay müddətində iştirakçısı olub, İndiana Universitetində biznes və sahibkarlıq dərsləri alıb, proqramın davamını isə Gürcüstanda müvəffəqiyyətlə bitirərək sertifikat alıb.


Xəbərə aid fotolar