Bayılda evlərin dağılmasının ilkin SƏBƏBİ açıqlandı


Digərləri 16 May 2018 12:42:00 285 0

Bayılda evlərin dağılmasının ilkin SƏBƏBİ açıqlandı

"Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində evlərin dağılmasına səbəb ilkin ehtimala görə yamacın antropogen yüklənməsi ola bilər".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu sürüşmə ərazisində olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyanın dəstə rəisi Rafiq Həsənov deyib.

O qeyd edib ki, hazırda hadisənin səbəbi ilə bağlı araşdırma aparılır:

"Kanalizasiya xətlərindən sızmalar ərazinin geologiyasını təşkil edən süxurların yuyulmasına təsir edib. İlkin rəy budur. Hazırda araşdırmalar davam etdirilir. Buna birmənalı olaraq sürüşmə hadisəsi demək olmaz. Antropogen təsirlərdən qrunt aşınıb".