Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan ali hərbi məktəb rəislərinin görüşü keçirilir


Siyasət 16 May 2018 12:32:00 259 0

Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan ali hərbi məktəb rəislərinin görüşü keçirilir

Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan ali hərbi məktəb rəislərinin üçtərəfli görüşü başlayıb.

MN-dən Son.az-a verilən məlumata görə, görüşdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Türkiyə Quru Qoşunları Məktəbi və Gürcüstan Milli Müdafiə Akademiyasının nümayəndə heyətləri iştirak edir.

Mayın 18-dək davam edəcək tədbirdə Azərbaycan, Türkiyə və Gürcüstanın ali hərbi tədris müəssisələrinin təlim-tədris prosesləri barədə brifinqlər təqdim olunacaq, təcrübə mübadiləsi aparılacaq, birgə fəaliyyətlər və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə ediləcək.