Yoahim Lövün qərarı Bavariya-nın futbolçusunu ağlatdı - FOTO


İdman 16 May 2018 12:28:00 268 0

Yoahim Lövün qərarı Bavariya-nın futbolçusunu ağlatdı - FOTO

Bayern Munchen-in hücumçusu Sandro Vaqner məşq zamanı göz yaşlarını saxlaya bilməyib. Goal.az xəbər verir ki, 30 yaşlı forvard Almaniyanın qarşıdakı dünya çempionatı üçün ilkin heyətinə salınmamasından məyus olub. Komanda yoldaşları və baş məşqçi Yupp Haynkes onu sakitləşdirməyə çalışıb. Haynkes bildirib ki, Yoahim Lövün qərarını başa düşə bilmir.

Qeyd edək ki, Bundestimin heyətinə Mario Qomez və Timo Verner kimi hücumçular dəvət alıb.