"Azərbaycanda kənd təsərrüfatı sahəsi yeni inkişaf səviyyəsinə yüksəlib"


Digərləri 16 May 2018 12:13:00 291 0

"Azərbaycanda kənd təsərrüfatı sahəsi yeni inkişaf səviyyəsinə yüksəlib"

Azərbaycanda aparılan islahatlar nəticəsində kənd təsərrüfatı sahəsi yeni inkişaf səviyyəsinə yüksəlib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov 24-cü Azərbaycan Beynəlxalq "Qida sənayesi" sərgisi - "WorldFood Azerbaijan 2018"-in açılışında çıxışı zamanı deyib.

Nazir bildirib ki, sosial-iqtisadi göstəricilərin artımı nəticəsində aqrar sahədə əhəmiyyətli nailliyyətlər əldə etmək mümkün olub: "Sevindirici haldır ki, Azərbaycanda istehsal olunan məhsulların rəqabət qabiliyyəti artır, ixrac potensialı genişlənir".