Altay diyarı Azərbaycana aqrotexnika satmaq niyyətindədir


Digərləri 16 May 2018 12:12:18 272 0

Altay diyarı Azərbaycana aqrotexnika satmaq niyyətindədir

Rusiyanın Altay diyarının müəssisələri Azərbaycana ərzaq, kənd təsərrüfatı texnikası və xüsusi avadanlığın tədarükünün artırılmasında maraqlıdır

Bakı. Rusiyanın Altay diyarının müəssisələri Azərbaycana ərzaq, kənd təsərrüfatı texnikası və xüsusi avadanlığın tədarükünün artırılmasında maraqlıdır. Trend-in məlumatına görə, bu barədə Altay diyarının baş nazirinin müavini Viktor Meşeryakov Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Oleq Muraşov və ticarət nümayəndəsi Eldar Tlyabiçovla görüşü zamanı bildirib.