8 aylıq Leyla niyə öldürüldü?


Digərləri 16 May 2018 12:09:00 243 0

8 aylıq Leyla niyə öldürüldü?

Övladını itirən dərdli ana nalə çəkir, ağlayır. Amma onun dərdinə kimsə çarə edə bilməz. Zəhərli qazın tətbiqindən sonra qaçıb övladını qurtarmağa çalışan ana yıxılır, övladını bağrına basır. Hər tərəfdə qaz dumanıdır.

8 aylıq Leyla qazdan zəhərlənir, boğulub ölür.

Son.az Daily Mail-ə istinadən bildirir ki, 8 aylıq fələstinli Leyla əl Qəndur Fələstinin Qəzza bölgəsinin İsrail ilə sərhədində, fələstinlilərin "Böyük Qayıdış Yürüşü"ndə dünyasını dəyişib.

Onun anası, 17 yaşlı Məryəmin dediyinə görə, yüz minlərlə fələstinli təki, o da ABŞ-ın İsraildəki səfirliyinin Qüdsə köçürülməsinə etiraz olaraq yürüşə qatılmışdı.

İsrail hərbçilərinin rezin güllələr, gözyaşardıcı qazlar, sonra da gerçək güllələrdən istifadə etməsi nəticəsində aksiyaya qatılmış fələstinlilərdən 60 nəfər həlak olub, 2700 nəfər yaralanıb.

Həlak olanlar arasında 8 aylıq Leyla da vardı.


Xəbərə aid fotolar