Manchester United italyan müdafiəçi ilə maraqlanır


İdman 16 May 2018 12:10:00 283 0

Manchester United italyan müdafiəçi ilə maraqlanır

Milan-ın müdafiəçisi Leonardo Bonuççi yayda klubunu dəyişə bilər. Goal.az "Tuttosport"a istinadən xəbər verir ki, italiyalı futbolçu Manchester United-in diqqətini cəlb edib. Bonuççinin transferində komandanın baş məşqçisi Joze Mourinyo şəxsən maraqlıdır. "Rossoneri" ona görə 2017-ci ildə 42 milyon avro ödəmişdi. Klub futbolçunu bundan aşağı qiymətə satmaq istəmir.

Bu mövsüm 31 yaşlı müdafiəçi A Seriyasında 34 oyuna çıxıb.