Yavaş ürək: uzun ömür


Digərləri 16 May 2018 11:47:00 306 0

Yavaş ürək: uzun ömür

Son.az Day.Az-a istinadən kardioloq Vüsal Vəliyevin yazısını təqdim edir:

Məməli heyvanlar aləmində çox adama tanış olan bir gerçək var: kiçik heyvanların ürəyi böyük olanlara nəzərən sürətli döyünür, ömrü isə qısa olur. 1980-ci illərdən bəri insanlar üzərində aparılan təcrübələr yuxarıdakı gerçəyin insanlar üçün də keçərli olduğunu ortaya qoymuşdur.

Ürək vurğularının 1 dəqiqədəki sayı (bundan sonra ürəyin sürəti ilə ömür uzunluğu arasındakı əlaqə 1980-ci ildə ABŞ-da Çikaqo şəhərində aparılan tədqiqatdan sonra aşkar edilmişdir. İstrahət vaxt sağlam insanlarda ürəyin sürət 0-100 vurğu/dəqiqədir (Bu yazıdakılar sakit vaxtda, yəni normada ürəyi 0-100 vurğu/dəqiqə arasında döyünənlər üçün keçərlidiri. Ana bətnində olan uşaqda 110-1 0 vurğu/dəqiqə, yeni doğulanlarda 100-1 0 vurğu/dəqiqə, peşəkar idmançılarda 40-50 vurğu/dəqiqədir. Məməli heyvanlar arasında müqayisə aparanda görürük ki, böyük heyvanın ürəyi yavaş döyünür, amma uzun yaşayır, kiçik heyvanlarda isə tərsi doğrudur. Siçanın ürəyinin sürət 450-750 vurğu/dəqiqədir, ömrü isə 2 il. Mavi balinanın ürəyinin sürət 8-10 vurğu/dəqiqə, ömrü 70-90 ildir. Fil üçün eyni parametrlər 25-35 vurğu/dəqiqə və 70 ildir. Ürəyin sürət ilə ömrün uzunluğu arasındakı əlaqə metabolizmanın sürətndən asılıdır; kiçik heyvanlarda metabolizma sürətli, bilavasitə ürək də sürətli, iri heyvanlarda tərsinədir. İri heyvanlarda kütlənin bədən səthinin sahəsinə nisbət kiçik heyvanlarınkından çox, istlik itkisi isə azdır.

Bu nəzəriyyənin ideyasını alman fziyoloq Maks Rubner 1908-ci ildə irəli sürmüşdür. O yazırdı ki, biyolojik enerjinin miqdarı məhdudur və ömrün uzunluğu bu enerjinin necə xərclənməyindən asılıdır.

Son 30-40 ildə insanlar üzərində ürəyin sürət ilə ömrün uzunluğu arasında onlarla tədqiqat aparılmışdır.

Tədqiqatlarda gəlinən ümumi nətcəyə görə ürəyin sürətli döyünməyi xeyrə əlamət deyil. Tayvan adasında təqribən yarım milyon insan üzərində aparılan və nətcələri 2011-ci ildə "The Lancet" jurnalında yayımlanan bir tədqiqata görə 70 vurğu/dəqiqədən sonrakı hər 1 vurğu artm ömürdən 4 ay qısaldır.