700 balın nümunələri... Onları siz də tanıyın FOTO


Digərləri 16 May 2018 11:39:00 263 0

700 balın nümunələri...  Onları siz də tanıyın  FOTO

Xəbər verdiyimiz kimi, mayın 13-də keçirilmiş II və III ixtisas qruplarının qəbul imtahanının nəticələrinə əsasən 7 nəfər 700 bal toplayıb. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, II qrup üzrə 2 nəfər maksimum nəticə göstərib. Onlardan biri Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziyanın məzunu Cahan Haşımzadədir.

Digər 700 toplamış Jalə Rəcəbova isə Xaçmaz tarixində bir ilkə imza atıb. Belə ki, 8 saylı şəhər orta məktəbin məzunu rayonda ilk tam nəticə göstərən abituriyentdir. 

III ixtisas qrup üzrə isətam nəticə göstərənlərin sayı bir qədər yüksək- 5 abituriyentdir. Maraqlısı budur ki, II qrup birincilərindən fərqli olaraq bu dəfə tam bal toplayanların hamısı Bakı şəhərində təhsil alır.  Onlardan ikisi Respublika Olimpiadasının qızıl medal qalibidir. Bakı şəhər Texniki-Humanitar liseyinin şagirdi Zeynəb Quluzadə Azərbaycan dili və ədəbiyyatı fənni üzrə Respublika Olimpiadasının qızıl medalçısı olub. 


Xəbərə aid fotolar