Reyd keçirildi 12 qoz ağacının kəsildiyi aşkarlandı FOTO


Digərləri 16 May 2018 11:19:00 312 0

Reyd keçirildi  12 qoz ağacının kəsildiyi aşkarlandı  FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib.

ETSN-dən Son.az-a verilən məlumata görə, reyd zamanı Bakı-Quba magistral avtomobil yolunun Vladimirovka kəndi ərazisindən keçən hissəsində yaş köküstə 24-50 sm diametrliyində 12 ədəd qoz ağacının kəsildiyi aşkar edilib və təbiətə 5500 manat məbləğində ziyan dəydiyi məlum olub.


Xəbərə aid fotolar