İsrail-Azərbaycan Hökumətlərarası Komissiyasının ilk iclası keçirilib


Siyasət 16 May 2018 11:03:20 319 0

İsrail-Azərbaycan Hökumətlərarası Komissiyasının ilk iclası keçirilib

Mikayıl Cabbarov: "Azərbaycan İsrail ilə tərəfdaşlıqda yeni səhifə açıb"

Qüdsdə İsrail iləAzərbaycan arasında iqtisadi əməkdaşlığın inkişafı üzrə Hökumətlərarası Komissiyanın ilk iclası keçirilib.

"Report" İsrail KİV-inə istinadən xəbər verir ki, Azərbaycan tərəfdən komissiyanın həmsədri vergilər naziri Mikayıl Cabbarovdur.

"Hazırda innovasiyalar yalnız kompüter texnikası sahəsində yox, praktiki olaraq insan fəaliyyətinin bütün sahələrində tətbiq olunur. Buna görə də Azərbaycanın İsrail ilə tərəfdaşlıqda yeni səhifə açdığına görə şadam və ümidvaram ki, çox sayda birgə layihələrimiz olacaq", - M.Cabbarov iclasa deyib.

Öz növbəsində, İsrail tərəfdən komissiyanın həmsədri, ətraf mühitin mühafizəsi naziri Zeev Elkin bildirib ki,bir sıra nazirlik nümayəndələrinin burada iştirakı Azərbaycanla münasibətlərin inkişafının nə qədərvacib olduğunugöstərir.