Sonuncu sınaq imtahanına qeydiyyat başladı


Digərləri 16 May 2018 10:27:00 209 0

Sonuncu sınaq imtahanına qeydiyyat başladı

I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə iyunun 10-da sonuncu sınaq imtahanı keçiriləcək.

Bakı. İlhamə İsabalayeva - I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə iyunun 10-da sonuncu sınaq imtahanı keçiriləcək. Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, sınaq imtahanları 1 növbə üzrə keçirilir və bütün binalarda saat 11:00-da başlayır. İyunun 10-da keçiriləcək sınaq imtahanına qeydiyyat 16 may saat 10:00-dan 6 iyun saat 10:00-dək aparılacaqdır.