Bulvarda intihara cəhd edən gənc daha sonra özünü dənizə ataraq öldürüb


Digərləri 16 May 2018 08:51:00 250 0

Bulvarda intihara cəhd edən gənc daha sonra özünü dənizə ataraq öldürüb

Dənizkənarı Bulvarda intihara cəhd edən oğlan daha sonra özünü dənizə ataraq öldürüb.

Son.az report.az-a istinadən bildirir ki, hadisə Dənizkənarı Parkın Səbail rayonu ərazisinə düşən hissəsində baş verib.

1990-cı il təvəllüdlü Sadıqov Şəhriyar Ceyhun oğlu bulvar ərazisində bıçaqla özünə xəsarət yetirərək intihara cəhd göstərib. Daha sonra o, özünü dənizə atıb. Dənizdə boğulmaqda olan şəxs ətrafdakıların köməyilə xilas edilib. Ş.Sadıqov 1 saylı Kliniki Tibbi Mərkəzə aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində cinayət işi başlanılıb.