Azərbaycanda sərnişin qatarı traktorla toqquşub, xəsarət alan var FOTO


Digərləri 16 May 2018 08:36:00 267 0

Azərbaycanda sərnişin qatarı traktorla toqquşub, xəsarət alan var  FOTO

Bərdədə sərnişin qatarı ilə traktorla toqquşub.

Son.az report.az-a istinadən bildirir ki, hadisə Bakı-Xankəndi dəmiryol xəttinin rayonun Həsənqaya kəndində qeydə alınıb.

Qəza qatarın gəliş vaxtı zamanı traktorun qoşqusu ilə birlikdə dəmir yolu xəttini keçdiyi zaman baş verib. Nəticədə sərnişin qatarı yolun mühafizə olunmayan hissəsindəki keçiddə "Belarus" markalı traktorla toqquşub. 

Hadisə zamanı traktorun sürücüsü hər iki ayağını itirib. Qeyd edək ki, sürücünün şəxsiyyəti hələlik məlum deyil. O, təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb. 

Sərnişinlər arasında xəsarət alanın olub-olmadığı məlum deyil. Hazırda qatar təhlükəsiz əraziyə çəkilib və onun yoluna davam etməsi üçün yeni elektrovozun ayrılacağı gözlənilir.


Xəbərə aid fotolar