Özünü 4cü mərtəbədən ataraq intihara cəhd edən qadın dünyasını dəyişib YENİLƏNİB


Digərləri 16 May 2018 08:38:00 284 0

Özünü 4cü mərtəbədən ataraq intihara cəhd edən qadın dünyasını dəyişib  YENİLƏNİB

08:38

Mingəçevirdə özünü 4-cü mərtəbədən ataraq intihara cəhd edən qadın dünyasını dəyişib.

Son.az report.az-a istinadən bildirir ki, həkimlərin səylərinə baxmayaraq, mayın 15-də axşam saatlarında özünü yaşadığı binanın dördüncü mərtəbəsindən ataraq intihara cəhd edən 1979-cu il təvəllüdlü Nigar Koroğlu qızı Haxverdiyevanın həyatını xilas etmək mümkün olmayıb.

Ağır xəsarətlərlə xəstəxanaya çatdırılan N. Haxverdiyeva az sonra ölüb.

Qeyd edək ki, hadisə şəhərin Ş.İ.Xətai küçəsində baş verib. İlkin məlumata görə, bir uşaq anası olan N.Haxverdiyeva anası ilə mübahisə etdikdən sonra intihara cəhd edərək, özünü dördüncü mərtəbədən atıb.

Faktla bağlı araşdırma aparılır.

-----------

00:30

Mingəçevirdə intihara cəhd hadisəsi baş verib. 

Son.az report.az-a istinadən bildirir ki, hadisə axşam saatlarında, şəhərin Ş.İ.Xətai küçəsi 7 ünvanında baş verib.

Belə ki, şəxsiyyəti hələ dəqiqləşdirilməyən şəhər sakini özünü yaşadığı binanın dördüncü mərtəbəsindən ataraq intihara cəhd edib. Nəticədə o, ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, bir övladı olan qadın anası ilə mübahisə edib və bundan sonra intihar etmək qərarına gəlib.

Faktla bağlı araşdırma aparılır.