Bakıda qadın ailə münaqişəsi zəminində intihara cəhd göstərib


Digərləri 16 May 2018 08:40:00 241 0

Bakıda qadın ailə münaqişəsi zəminində intihara cəhd göstərib

Bakıda qadın ailə münaqişəsi zəminində intihara cəhd göstərib.

Son.az report.az-a istinadən bildirir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Bakıxanov qəsəbəsində 1981-ci il təvəllüdlü Xələfova Səyalə Abdulla qızı yaşadığı evdə ailə üzvləri ilə münaqişə edib. Münaqişə zamanı o, sol qolunun damarını iti alətlə kəsərək, intihara cəhd göstərib. Yaralı qohumlarının köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib.

Araşdırma aparılır.