Bakıda avtomobil yaşlı qadını vurub


Digərləri 16 May 2018 08:46:00 254 0

Bakıda avtomobil yaşlı qadını vurub

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az report.az-a istinadən bildirir ki, hadisə Sabunçu rayonunda baş verib.

Bakıxanov qəsəbəsində 50 yaşlı Əzimova Olqa Aleksandr qızı yolu keçmək istəyərkən onu minik avtomobili vurub. Yaralı dərhal 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.