Motosiklet avtomobillə toqquşub, xəsarət alan var


Digərləri 16 May 2018 08:47:00 212 0

Motosiklet avtomobillə toqquşub, xəsarət alan var

Neftçalada 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az report.az-a istinadən bildirir ki, Həsənabad qəsəbə sakini, 1985-ci il təvəllüdlü Fərəcov Rüfət Bilal oğlu idarə etdiyi motosikletlə Salyan-Neftçala yolunda hərəkətdə olarkən minik avtomobili ilə toqquşub. Nəticədə o, müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.