Azərbaycan bu dərmanları Türkiyə, İran və MDB ölkələrinə ixrac edəcək


Digərləri 16 May 2018 08:07:00 240 0

Azərbaycan bu dərmanları Türkiyə, İran və MDB ölkələrinə ixrac edəcək

Azərbaycanda istehsal olunacaq əczaçılıq məhsullarının "Made in Azerbaijan" brendi altında Türkiyə, İran, Ukrayna, Gürcüstan və MDB ölkələrinə ixrac olunması planlaşdırılır.

Son.az xəbər verir ki, bu barədə özəl olaraq Trend-ə İqtisadiyyat Nazirliyindən bildiriblər.

Nazirlikdən bildirilib ki, Azərbaycan Prezidentinin 2016-cı il 14 sentyabr tarixli Sərəncamı ilə yaradılan və əczaçılıq məhsullarının istehsalı üzrə ixtisaslaşmış Pirallahı Sənaye Parkında 3 rezident - Azərbaycan-Rusiya birgə müəssisəsi olan "Hayat Pharm" MMC, Azərbaycan-İran birgə müəssisəsi olan "Caspian Pharmed" QSC və "Diamed Co" MMC qeydiyyata alınıb.