Azərbaycan mahnılarını Ukrayna dilində oxuyan müğənni FOTO


Digərləri 16 May 2018 07:28:00 266 0

Azərbaycan mahnılarını Ukrayna dilində oxuyan müğənni  FOTO

Natalya Kudryaşova: "Diliniz nə qədər melodikdirsə, musiqiniz də inanılmaz qədər gözəldir" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Onunla Truskavetsdə tanış olduq. "Karpatı" sanatoriyasında Ukrayna-Azərbaycan Beynəlxalq Alyansın təşkilatçılığı ilə keçirilən Novruz bayramı konsertində Ukraynanın Xalq artisti Qurban Abbasovla birlikdə şövqlə mahnılar oxuyurdu. İfasında həmçinin Azərbaycan bəstəkarlarının mahnıları Ukrayna dilində səslənirdi. Salona toplaşan tamaşaçılar bu ifaları maraqla qarşılayır, hərarətlə alqışlayırdı. Dahi Üzeyir bəyin "Arşın mal alan" operettasından "Gülçöhrənin ariyası"nı, Müslim Maqomayevin məşhur "Azərbaycan"ını, "Mavi əbədiyyət"inı sevgi ilə oxuyurdu. Ukraynalı aktrisa və müğənni Natalya Kudryaşova ilə söhbətimizdə Azərbaycan mahnılarına olan sevgisinə də toxunduq. 

- Siz özünüzü daha çox aktrisa, yoxsa müğənni kimi görürsünüz? Bəlkə bu sənətlər sizin üçün ayrılmazdır?

- Bütün ömrümüz teatrdır. Sadəcə, pyeslər hamıda müxtəlifdir - kimdəsə başdan ayağa məzhəkədir, kimsə əbədi qaşqabaqlıdır və kimsə heç zaman fəlakətdən qurtulmur. Mənim həyatım musiqi ilə bağlıdır. Səhnədə mahnı - bu, həmişə şoudur. Mahnıda başlıcası, vokal keyfiyyətini göstərmək deyil, poeziyanın məğzini çatdırmaqdır. Mahnını oxumazdan əvvəl özümə ən başlıcası sual verirəm: "Sən bu əsər vasitəsi ilə insanlara nəyi çatdırmaq istəyirsən? İnsanlar bu mahnıdan nəyi anlamalıdır?" Ona görə də bir aktyorun komponenti olmadan bir müğənni olmaq mümkün deyil. İnsanın ömründə janrlar müxtəlif ola bilər. Başlıcası, seçimin düzgün olsun. Ən əsası, tamaşaçı ilə səmimi olmaq vacibdir. Çünki müğənninin də, aktrisanın da sənətinə qiymət verən tamaşaçıdır. Biz onlardan ötrü səhnəyə çıxır, onlardan ötrü çalışırıq. Tamaşaçı məmnuniyyəti bizim mükafatımızdır.

- Müslim Maqomayev adına Mədəniyyət Mərkəzinin işində siz aktiv fəaliyyət göstərirsiniz. Mərkəzin həyatınızdakı rolu nədən ibarətdir?

- Müslim Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə 10 illərdir ki, əlaqəmiz var. Mərkəzlə həm müğənni, həm aparıcı, həm də prodüser kimi əməkdaşlıq edirik. Mədəniyyət mərkəzinin rəhbəri Qurban Abbasovla birgə xalqlarımızın - Azərbaycan və Ukraynanın dostluq və qarşılıqlı rəğbətini nümayiş etdirən çoxsaylı birgə layihələr həyata keçiririk. Böyük bayramlarda və teatr nümayişlərində digər millətlərin yaradıcı dostları iştirak edirlər: almanlar, yunanlar, bolqarlar, qaqauzlar, italyanlar, yəhudilər, gürcülər, polyaklar, afrikalılar və b. Bu, Ukraynada yaşayan müxtəlif millətlərə olan sədaqətin göstəricisidir. Həmçinin ölkəmizdə rahat yaşayan, işləyən millətlərə hörmət əlamətidir. Gücümüz birlikdədir və missiyamız millətləri, mədəniyyətləri birləşdirməkdir. Sonuncu layihələrimizdən biri Şərq yeni ilinin - Novruzun qeyd olunması idi. Bayram milyonlarla insanların yaşadığı Dneprin mərkəzində, böyük bir səhnədə qeyd olundu. Ənənəvi Kosa və Keçəl simvolları ilə teatr nümayişi və böyük karetada Bahar qızı Dədə Qorqudun müşayiəti altında keçdi. Onlar bütün insanlara baharın gəlməsi münasibəti ilə xeyir-dua verdilər. Tamaşaçılara ənənəvi Şərq şirniyyatı, kabab, plov təqdim olundu. Bu bayramdan yalnız Şərq xalqlarının nümayəndələri deyil, bir çox yerli əhali də məmnun qaldı. Mətbuatdakı qiymətləndirmələr və çox sayda məqalələrlə tanış olarkən, çoxlarının məmnun qaldığı və hər kəsin bayramı sevdiyi məlum olur. Müslim Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkil etdiyi oxşar bayramlar Çerniqov, Truskavets, Kiyev və başqa şəhərlərdə də keçirilib. Şəxsən bu prosesin iştirakçı-icraçısı olmaq deyil, həm də birgə təşkilatçısı olmaqdan böyük xoşbəxtlik duyuram. Böyük bir bayramın keçirilməsini düşündükcə, tamaşaçıların və iştirakçıların gözlərindəki parıltı gözlərimin önündən getmir. Ukraynanın bu çətin zamanında belə müsbət emosiyaların paylanması gözəl hissdir. Bu hisslər çox dəyərlidir. 

- Payızda Truskavets şəhərində Müslim Maqomayevin xatirəsinə beynəlxalq müsabiqə keçiriləcək. Bu müsabiqənin Ukraynanın mədəni həyatına olan töhfəsini necə qiymətləndirirsiniz?


Xəbərə aid fotolar