Qaraciyəri xəstəliklərdən və piylənmədən qoruyan ədviyyat


Digərləri 16 May 2018 05:30:00 349 0

Qaraciyəri xəstəliklərdən və piylənmədən qoruyan ədviyyat

Cövüz bütün dünyada ədviyyat kimi istifadə olunur. Cözüz ət yeməklərinə, tərəvəzlərə, müxtəlif souslara, şirniyyat və içkilərə əlavə olunur.

Son.az saglamolun.az-a istinadən bildirir ki, Şərq təbabətində cövüz mədə-bağırsaq sistemi xəstəlikləri və artritin müalicəsində çox geniş istifadə olunur.

Çinin Nançanq Universitetinin (Nanchang University) alimləri cövüzün orqanizmə olan faydalı təsirini araşdırıb belə nəticəyə gəliblər ki, cövüz qaraciyərdə iltihabı azaldır və bununla da qaraciyəri xəstəliklərdən qoruyur. Həmçinin cövüz qaraciyərin piylənməsinin qarşısını alır.

Mütəxəssislərin fikrinə görə, bunun səbəbi cövüzün tərkibində olan "liqnan" maddələridir. Bu maddələrin güclü antioksidant xüsusiyyətləri var.