İşə götürdüyü model sayəsində pula pul demir FOTO


Digərləri 16 May 2018 01:30:00 314 0

İşə götürdüyü model sayəsində pula pul demir  FOTO

Tayvanda küçədə satışla məşğul olan şəxs Vivi adlı bir modeli işə qəbul edəndən sonra müştərilərinin sayı 4 dəfə artıb.

Son.az xəbər verir ki, iflasın bir addımlığında olan küçə satıcısının 1 gün üçün kirayələdiyi model onun həyatını dəyişib.

"Kiçik şaftalı" ləqəbli model işə başlayandan sonra müştərilər mağaza qarşısında sıraya düzülür. Üstəlik, onlar səbrlə növbələrinin çatmasını gözləyir, üzlərində daim gülüş olur. Vivinin xarizması və seksual görüntüsü səbəbindən bəzən bölgə vətəndaşlarının sözlü təcavüzünə məruz qalsa da, problem danışıqla həllini tapıb.


Xəbərə aid fotolar