Niyə Cəmkəran məscidini İmam Zaman ağaya aid edirlər?


Digərləri 15 May 2018 23:45:00 391 0

Niyə Cəmkəran məscidini İmam Zaman ağaya aid edirlər?

Şeyx Həsən ibni Məsəllə Cəmkərani nəql edir: "373-cü Hicri ilinin Ramazan ayının 17-si idi və axşam olmuşdu. Mən öz evimdə idim və camaat gəlib məni çağırdılar və dedilər: "Həzrət Məhdi (ə.f) sizi çağırır".

Son.az deyerler.org-a istinadən bildirir ki, həmin camaatla birlikdə indi Cəmkəran məscidinin olduğu yerə getdik və Həzrət (ə.f) üzünü mənə tutub buyurdu: "Bu yerin sahibinə de ki, bu yer şərəfli yerdir. Allah bu yeri başqa yerlər arasından seçmişdir. Seyyid Əbulhəsən Rzanın yanına get və ona de ki, bu torpağı Həsən ibni Müslimdən alsın. İnsanların yardımı ilə burada məscid tikilsin. İnsanlara de ki, bu məkana diqqət etsinlər və onu əziz tutsunlar. Bu yerdə dörd rükət namaz qılsınlar".

Sonra Həzrət (ə.f) bu məkanda qılınacaq xüsusi namazı mənə öyrətdi.

Mən Həzrətə dedim: "Başqalarının mənim sözümü qəbul etmələri üçün dəlil və nişanəyə ehtiyac vardırmı? Çünki onlar dəlilsiz sözləri qəbul etmirlər".

Həzrət (ə.f) buyurdu: "Biz nişanə qərar verərik ki, sənin sözlərini təsdiq edər. Əbulhəsən Rzanın yanına get və ona de ki, bu işləri yerinə yetirsin".

Evimə geri qayıtdım və səhər tezdən Əli Mənzər ilə birlikdə Əbulhəsən Rzanın evinə getdik. Evinə çatanda gördük ki, onun xidmətçisi deyir: "Ağa, dan yeri söküləndən bəri sizi gözləyir. Cəmkərandan gəlmisiniz?".