Orucluqda insan bədənində hansı proseslər baş verir?


Digərləri 15 May 2018 23:35:00 367 0

Orucluqda insan bədənində hansı proseslər baş verir?

Elmi araşdırmalar nəticəsində sübut olunub ki, Ramazan ayının ən mühüm ibadəti sayılan oruc orqanizm üçün çox faydalıdır. Birincisi, həzm problemlərini aradan qaldırır, ikinci isə psixoloji cəhətdən müsbət təsirə malikdir.

Son.az publika.az-a istinadən orucun səhhətimizə təsiri ilə tanış edir:

Arıqladır

Oruc sağlam şəkildə arıqlamağa kömək edir və bu fakt elmi olaraq sübut olunub. Oruc zamanı orqanizmdə toplanmış yağlar yandırılmağa başlanır. Günümüzdə idmançılar da arıqlamaq üçün müntəzəm şəkildə oruc tutur.

İnsulin

Araşdırmalar göstərir ki, oruc insulin səviyyəsinə müsbət təsir göstərir. İndiyə qədər aparılan elmi tədqiqatlarda məlum olub ki, oruc Ramazan ayından sonra da qanda şəkər səviyyəsinin tarazlaşmasına nəzarət edir.

Metabolizm

Oruc metabolizmin sürətlənməsinə yardım edir, həzm sisteminin dincəlməsini təmin edərək, kaloriləri daha sağlam yolla yandırır.

Həzm sistemi pozulan şəxslərdə oruc qidaların enerjiyə çevrilməsi və yağ yandırılması prosesinə müsbət təsir göstərir.

Müntəzəm şəkildə oruc tutmaq metabolizm sağlamlığına faydalı olduğu kimi bağırsaqların da funksiyasını yaxşılaşdırır.

Ömrü uzadır

Az yemək ömrü uzadır. Aparılan elmi araşdırmalar bəzi mədəniyyətlərdə rast gəlinən pəhrizlərin və orucun ömrü uzatdığını irəli sürüb.

Həyatı qısaldan ən mühüm amillərdən biri də metabolizmin yavaş işləməsidir. Yuxarıda qeyd etdiyimiz kimi, orucluq metabolizmi sürətləndirərək ömrü uzadır, bununla yanaşı həzm sistemini normaya salır.

Aclığa dözüm

Oruc aclığa müqavimət göstərmə gücünü artırır. Pəhriz saxlayanda, çoxumuz qaydaları pozuruq, xüsusilə stressli zamanlarda bu vəziyyət daha da kəskinləşir.

Oruc 30 gün ərzində davam etdiyi üçün aclığa müqavimət göstərmə gücü qazandırmağa yardım edir. Nəticə etibarı ilə Ramazan ayından sonra aclığa dözümlü oluruq.

Oruc tutmaq aclıq təcrübəsi qazandıraraq orqanizmdə hormonların daha sağlam işləməsinə kömək edir. Elmi araşdırmalarda məlum olub ki, oruc köklükdən əziyyət çəkən insanlarda yemək istəyi siqnallarını bərpa edir.

Məhz oruc hormonların düzgün fəaliyyət göstərməsini və aclıq dözümünü artıraraq həm metabolizmin sürətlənməsini, həm də həzm sistemi sağlamlığının qorunmasını, həm də daha sürətli arıqlamağı təmin edir.

Yemə vərdişini inkişaf etdirir

Oruc yemək vərdişlərini inkişaf etdirir. Yemək vərdişi başda həzm sistemi olmaqla, ümumi sağlamlıq baxımından olduqca əhəmiyyətlidir. Beləliklə, oruc həddən artıq yemək istəyini aradan qaldıraraq, köklük və kökəlmə probleminin aradan qalxmasını təmin edir.