Mərhum jurnalistin bacısı yeni mənzilin açarlarını aldı FOTO


Digərləri 15 May 2018 23:37:00 290 0

Mərhum jurnalistin bacısı yeni mənzilin açarlarını aldı  FOTO

Xəbər verdiyimiz kimi, mərhum jurnalist Zabil Müqabiloğlunun bacısı Sevinc Əliyeva Masazır qəsəbəsindəki məcburi köçkünlər şəhərciyində yeni mənzillə təmin olunub.

Son.az modern.az-a istinadən bildirir ki, mayın 15-də mənzilin açarı Sevinc Əliyevaya təqüdim olunub.

"Cənab Prezidentimiz İlham Əliyevə və "Qaçqınkom"un sədri Rövşən Rzayevə məni evlə təmin etdiklərinə görə təşəkkür edirəm.Çətin günümdə mənim yanımda olan jurnalistlərə minnətdaram", deyə S.Əliyeva bildirib.

O, sosial şəbəkədə yeni mənzilinin şəkillərini də paylaşıb.


Xəbərə aid fotolar