Damarların sərtləşməsinin və daralmasının qarşısını alan qidalar


Digərləri 15 May 2018 23:25:00 329 0

Damarların sərtləşməsinin və daralmasının qarşısını alan qidalar

Damarların xroniki xəstəliyi olan ateroskleroz ürək-damar sisteminin əsas səbəblərindən biridir.

Son.az saglamolun.az-a istinadən bildirir ki, ateroskleroz zamanı damarların daxilində "pis" xolesterin və kalsium yığılır ki, damarlar daralır, sərtləşir. Bunun nəticəsində damarların yırtılması, tutulması riski artır. Əgər beyin və ya ürək damarı tutular və ya yırtılarsa, bu infarkt və ya insultun inkişafına səbəb olacaq.

Təəssüf ki, uzun müddət ərzində ateroskleroz özünü büruzə vermir.

Amerika alimləri araşdırma zamanı aşkar ediblər ki, kaliumla zəngin olan məhsulların tez-tez istehlakı aterosklerozun inkişafını xeyli ləngidir, damarları qoruyur.