Fələstin Vaşinqtondakı səfirini geri çağırıb


Dünya 15 May 2018 23:17:00 256 0

Fələstin Vaşinqtondakı səfirini geri çağırıb

Fələstin ABŞ-dakı səfirini geri çağırıb.

Son.az APA-ya istinadən xəbər verir ki, Fələstin XİN-in bəyanatında bildirilir. Bəyanatda qeyd olunur ki, bu addım ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsinə cavab olaraq atılıb. 

XİN səfirin artıq mayın 16-da vətəninə dönəcəyini bildirib. 

Qeyd edək ki, Türkiyə ötən gün analoji addım atıb. Həmçinin Türkiyənin İsraildəki səfiri də geri çağırılıb.