Azərbaycan nefti yenə bahalaşıb


Digərləri 15 May 2018 23:18:00 287 0

Azərbaycan nefti yenə bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 14-də 78,61 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,81 dollar/barel çoxdur.

Son.az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti mayın 14-də 77,98 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,79 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 14-də 74,4 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,92 dollar/barel çoxdur.