Azərbaycan nefti yenə bahalaşıb


Digərləri 15 May 2018 23:00:00 245 0

Azərbaycan nefti yenə bahalaşıb

Azərbaycan nefti yenə bahalaşıb.

Bakı. Maksim Tsurkov – CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 14-də 78,61 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,81 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti mayın 14-də 77,98 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,79 dollar/barel çoxdur.