Ağır fiziki əməyin ölümcül təhlükəsi aşkarlandı
Digərləri 15 May 2018 22:33:00 285 0
Amsterdam müstəqil universitetinin alimləri ağır fiziki əməklə məşğul olan kişilərdə oturaq işlə məşğul olan kişilərlə müqayisədə erkən ölüm riskinin daha yüksək olduğunu müəyyən edib.
Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə məqalə "British Journal of Sports Medicine" jurnalında dərc olunub.
Mütəxəssislər peşə ilə bağlı fiziki fəallıqla ölüm halları arasındakı qarşılıqlı əlaqəyə həsr olunmuş 2400-ə yaxın elmi işi təhlil edib.
Sözügedən tədqiqatlar 1960-2010-cu illərdə aparılıb. Sistematik icmal və meta-analizə 193,696 nəfərin iştirak etdiyi 17 tədqiqatın məlumatları daxil edilib.
Mənbə: milli.az