Simiclikdən necə qurtulmaq olar?


Digərləri 15 May 2018 22:20:00 240 0

Simiclikdən necə qurtulmaq olar?

Simic insan o kəsdir ki, insanlara hər cür ehsan etməkdən çəkinər - istər həmin şey maddi olsun, istərsə də əməli yardım olsun.

Simiclik cəhənnəmdə bitən xəbislik ağacının sifətlərindən biridir. Həzrət Peyğəmbər (s) buyurur: "Simiclikdən çəkinin. Çünki simiclik cəhənnəmdə olan ağacdır. Budaqları isə dünyadadır. Hər kim onun budaqlarından birinə asılar, atəşə daxil olar".

Bəs simicliyin qarşısını necə almaq olar?

Son.az deyerler.org-a istinadən bildirir ki, Quranın bizə təklif etdiyi yollarla tanış olaq.

1. Borc vermək. Borc vermək - bu rəzil sifətlə mübarizə aparmağın yollarından biridir. Ona görə də Allah Təala Quranda borc verənləri və infaq edənləri mədh etmiş və mallarının daha da artacağı vədəni vermişdir.