Sumqayıt Dövlət Universitetinin tələbələri arasında kütləvi dava


Digərləri 15 May 2018 22:13:00 231 0

Sumqayıt Dövlət Universitetinin tələbələri arasında kütləvi dava

Sumqayıt şəhərində tələbələr arasında kütləvi dava olub.

Son.az "Report"a istinadən bildirir ki, hadisə Sumqayıt Dövlət Universitetinin (SDU) Riyaziyyat fakültəsinin üçüncü kurs tələbələri arasında qeydə alınıb.

Yardımlı rayon sakini, 1997-ci il təvəllüdlü Akif Şaban oğlu Salmanov 7 nəfər tərəfindən döyülüb. Ağır kəllə-beyin travması alan yaralı tələbə yoldaşları tərəfindən xəstəxanaya çatdırılıb.

Zərərçəkmiş kütləvi davanın həmin şəxslərin ondan tez-tez pul tələb etməsi səbəbindən baş verdiyini söyləyib.

Faktla bağlı araşdırma aparılır.