Namazın sonunda salam vermək düzgündürmü?


Digərləri 15 May 2018 22:15:00 272 0

Namazın sonunda salam vermək düzgündürmü?

Bu barədə İslam məzhəblərinin şəriət hökmlərində fərqlilik vardır. Belə ki, əhli-sünnə məzhəbinə görə salamlar sağa və sola verilir.

Son.az islam.az-a istinadən bildirir ki, bu, hər insanın iki tərəfində duran və onun yaxşı-pis əməllərini qeydə alan katib mələklərə ehtiram əlaməti sayılır. Cəfəri məzhəbinə görə, namazı bitirib, son salamı verənə kimi qiblədən dönmək olmaz. Əgər namaz qılan şəxs namazı başa vurmadan qiblədən dönsə, namazı batildir. Cəfəri məzhəbinə görə, namazın vacib olan salamı (və ya salamları) yalnız qibləyə sarı deyilməlidir. Yalnız bundan sonra qiblədən dönmək və sağa-sola salam vermək olar.