Tərtərdə yol qəzası: ölən və yaralanan var


Digərləri 15 May 2018 21:56:00 271 0

Tərtərdə yol qəzası: ölən və yaralanan var

Tərtər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə şəhərin Şirxax qəsəbəsinə gedən yolda qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı iki minik avtomobili toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü ağır xəsarətlər alıblar. Yaralılar xəstəxanaya çatdırılsa da, onlardan biri ölüb.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.