Aldığı itin ayı olduğunu yalnız iki ildən sonra anladı


Digərləri 15 May 2018 21:14:00 300 0

Aldığı itin ayı olduğunu yalnız iki ildən sonra anladı

Çində ailəsi üçün küçük aldığını düşünən qadın, iki il sonra anlayıb ki, aldığı əslində it yox, ayıdır.

Independent qəzetinin yazdığına görə, Su Yun adlı qadın 2 il öncə küçük alandan sonra onun nə qədər çox yemək yediyini görəndə təəccüblənmişdi.

Yunnan bölgəsində Kunming şəhəri yaxınlığındakı bir kənddə fermerliklə məşğul olan Yun deyib: "Hər gün böyük bir qutu meyvə və vedrələr dolu əriştə yeyirdi".

İki il sonra isə küçük böyüyərək 113 kiloqram ağırlığında bir ayıya dönüb.

"Ayılardan qorxuram"

Ailə itin sürətlə böyüməsi və iki ayaqlarına qalxmasından sonra şübhələnməyə başlayıb.

"Böyüdükcə ayıya bənzəməyə başladı. Mən ayılardan qorxuram", - Yun deyib.

Ailə rəsmilərdən yardım istəyəndən sonra ayı Yunnan Vəhşi Heyvanlar üçün Bərpa Mərkəzinə verilib.