Ramazan: Orucluq zamanı bədəninizdə nə baş verir?


Digərləri 15 May 2018 21:07:00 391 0

Ramazan: Orucluq zamanı bədəninizdə nə baş verir?

Hər il milyonlarla müsəlman sübh tezdən gün batana qədər Ramazan ayında 30 gün ərzində oruc tutur.

Son illərdə Ramazan ayı şimal yarımkürəsində günün işıqlı vaxtının uzandığı və havaların daha isti keçdiyi yay aylarına təsadüf edib (bu il Ramazan ayının Britaniyada mayın 16-da başlayacağı gözlənilir).

Nəticədə, misal üçün Norveç kimi ölkələrdə oruc tutan insanlar hər gün 20 saatadək yemək qəbul etməməli olacaq.

Bu, insan səhhətinə necə təsir göstərə bilər? İnsan 30 gün ərzində oruc olanda bədənində hansı dəyişiklik baş verir?

Orucluq zamanı sizin bədəniniz enerji yaratmaq üçün ilk növbədə ciyərdə toplanan qandakı şəkəri yandırır.

Ən çətini - ilk bir neçə gündür

Real olaraq sizin bədəniniz "orucluq vəziyyətinə" son yemək qəbul etməyinizin üstündən 8 saat keçənə qədər düşmür.

Bu vaxta yaxın müddət ərzində bağırsaqlarınızda qidalı maddələrin sorulması prosesi başa çatır.

Bundan sonra orqanizmimiz ciyərimizdəki və əzələlərimizdəki qlyukoza ehtiyatlarını sərf etməyə başlayır.

Qlyukoza ehtiyatları tükəndikdən sonra piy orqanizm üçün növbəti enerji mənbəyinə çevrilir.

Orucluğun ilk günləri, bədən aclığa öyrəşənədək, daha ağır keçir.

Bədəndə piyin yandırılması prosesi çəkinin azalmasına gətirib çıxarır, xolesterolun səviyyəsi və diabet riski azalır.

Lakin qanda şəkərin səviyyəsinin azalması zəifliyə və letargiyaya səbəb olur.

Sizdə başağrısı, başgicəllənməsi, öyümə yarana bilər, ağızdan pis iy gələ bilər.

Bu zaman sizin aclıq səviyəniz ən yüksək dərəcəyə qalxır.

Susuzluqla ehtiyatlı olun - 3-7-ci günlər

Sizin bədəniniz orucluğa öyrəşəndə, piy dağılmağa başlayaraq qandakı şəkərə dönür.

Günün orucluq çəkilən hissələri arasında fasilələrdə maye qəbulunu bərpa etmək lazımdır, əks halda tərləmə nəticəsində suyun itirilməsi suszlaşmaya (dehidratasiyaya) gətirib çıxara bilər.

Orucluq dövründə, xüsusilə, yay aylarında su içmək olduqca vacibdir.

Sizin yeməyinizn tərkibində karbohidratlar və piy kimi müvafiq miqdarda "enerjili qida" olmalıdır.

Pəhrizin zülallar, duzlar və su kimi maddələrlə balanslaşdırılması da vacibdir.