"Ailəliklə kitabxanaya” layihəsinə başlanılır (FOTO)


Digərləri 15 May 2018 20:50:00 215 0

"Ailəliklə kitabxanaya” layihəsinə başlanılır (FOTO)

Bilik Fondu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Ailəliklə kitabxanaya” layihəsinə başlanılıb.

Bakı. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Ailəliklə kitabxanaya” layihəsinə başlanılıb. Bilik Fondundan Trend-ə verilən məlumata görə, layihənin təqdimatı məqsədilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Beynəlxalq Ailə Gününə həsr edilmiş “Ailənin sosial və psixoloji funksiyalarının möhkəmləndirilməsində mütaliənin yeri və rolu” mövzusunda konfrans keçirilib. Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva tədbiri giriş sözü ilə açaraq, layihənin məqsədi barədə məlumat verib. O bildirib ki, əsas məqsəd ailədə mütaliə ənənəsinin təbliği və gücləndirilməsi, mütaliə vasitəsi ilə ailənin sosial və psixoloji funksiyalarının möhkəmləndirilməsi, bədii, klassik, müasir, elmi-kütləvi ədəbiyyatın gənclər və valideynlər arasında təbliği, eləcə də asudə vaxtın mənalı, səmərəli və düzgün nizamlanmasıdır.