Sumqayıt Dövlət Universitetinin tələbələri arasında kütləvi dava olub


Sosial 15 May 2018 20:01:33 318 0

Sumqayıt Dövlət Universitetinin tələbələri arasında kütləvi dava olub

Faktla bağlı araşdırma aparılır

Sumqayıt şəhərindətələbələr araşında kütləvi dava olub.

"Report"un Sumqayıt-Abşeron bürosunun verdiyi məlumata görə, hadisə Sumqayıt Dövlət Universitetinin (SDU) Riyaziyyat fakültəsininüçüncü kurs tələbələri arasında qeydə alınıb.

Yardımlı rayon sakini, 1997-ci il təvəllüdlü Akif Şaban oğluSalmanov 7 nəfər tərəfindəndöyülüb. Ağır kəllə-beyin travması alan yaralıtələbə yoldaşları tərəfindən xəstəxanaya çatdırılıb.

Zərərçəkmiş kütləvi davanın həmin şəxslərin ondan tez-tez pul tələb etməsi səbəbindən baş verdiyini söyləyib.

Faktla bağlı araşdırma aparılır.