Telefonlarda şəbəkələr niyə itir? SƏBƏB VİDEO FOTO


Digərləri 15 May 2018 19:48:00 326 0

Telefonlarda şəbəkələr niyə itir?  SƏBƏB   VİDEO  FOTO

Son.az bildirir ki, ARB TV-nin "Günə doğru" verilişində telefonlarda yaranan şəbəkə problemi haqda sujet efirə gedib.

İndi heç kim özünü mobil telefonsuz təsəvvür edə bilmir. Zəng, internet, çox funksiyalı əlaqə və xidmətlər. Ölkənin demək olar ki, hər yerindən mobil əlaqə yaratmaq mümkündür. Amma son vaxtlar bəzi ərazilərdə şəbəkələrdə kəsilmələr olur. Bu hallar inzibati və yaşayış binalarında özünü daha qabarıq biruzə verir. Ekpertlərin sözlərinə görə, problemə cavabdehlik mobil operatorların üzərinə düşür.

Cahid İsmayıloğlu (İKT üzrə ekspert): "Tələbə uyğun olaraq baza stansiyalarının sayını və gücünü artırmalıdırlar. Eyni zamanda mobil operatorlar əhalinin sıx yaşadığı yerlərdə baza stansiyalar quraşdırırlar".

Digər bir problem isə telefonda şəbəkə tam göstərilsə də, mobil nömrə əhatə dairəsindən kənar qalır. 

Rəşad Əliyev (Ekspert): "Dalğa itkisi o zaman ola bilər ki, onların ikisi arasında məsafə çox olarsa, bir antenada şəbəkə itsə, digərində isə tapması üçün bunların üçbucağından asılıdır".


Xəbərə aid fotolar