Yunus Oğuzun “Atabəy Eldəniz” kitabının Özbəkistanda daha bir təqdimatı keçirilib


Digərləri 15 May 2018 19:21:00 265 0

Yunus Oğuzun “Atabəy Eldəniz” kitabının Özbəkistanda daha bir təqdimatı keçirilib

Tədbirdə institutun professor-müəllim heyəti, tələbələr, oxucular iştirak edib.

Bakı. Özbəkistanın Kokand şəhərindəki Mukimiy adına Dövlət Pedaqoji İnstitutunun şəhər Musiqili Dram Teatrında yazıçı Yunus Oğuzun "Atabəy Eldəniz" kitabının təqdimatı keçirilib. Trend-in məlumatına görə, tədbirdə institutun professor-müəllim heyəti, tələbələr, oxucular iştirak edib. "Əbədi qardaşlıq səhifələri" adlı tədbiri institutun ədəbiyyat fakültəsinin dekanı Ziba Qobilova açaraq Yunus Oğuzu bu münasibətlə təbrik edib, onun yaradıcılığı haqqında məlumat verib. Deyib ki, Özbəkistanda Yunus Oğuzun "Əmir Teymur" romanı özbək dilində çap edildikdən sonra o ölkəmizdə tanınıb. Bu romandan sonra yazıçının daha bir neçə əsəri özbək dilində çap olunub. Bu gün isə yazıçı "Atabəy Eldəniz" romanını Kokand oxucularına təqdim edir. Bildirilib ki, kitabda Atabəylər dövlətinin yaranması və fəaliyyətindən söhbət açılır. Sonra institut tərəfindən Yunus Oğuza diplom təqdim edilib.