Millimizin rəqibi heyətini açıqlayıb


İdman 15 May 2018 19:20:00 287 0

Millimizin rəqibi heyətini açıqlayıb

21 yaşadək futbolçulardan ibarət Makedoniya yığmasının Bakıya gələcək heyəti açıqlanıb. Goal.az xəbər verir ki, baş məşqçi Blaqoya Milevski Azərbaycanın U-20 millisi ilə keçiriləcək yoxlama görüşləri üçün 22 oyunçuya dəvət göndərib. Komanda mayın 24-də və 27-də “Dalğa Arena”da yığmamızla qarşılaşacaq.

Qapıçılar: Riste Yankov, Tomas Bojinovski, Xristian Stevkovski

Müdafiəçilər: Aqron Rufati, Nexar Sadiki, Filip Trayanovski, Oliver Stoymenovski, Todor Todorovski, Filip Antovski, Mixail Manevski, Vane Yovanov

Yarımmüdafiəçilər: Davor Zdravkovski, Daniel Milovanovik, Yani Atanasov, Mile Todorov, Kristian Trayçeski, Omar İmeri

Hücumçular: Milan Ristovski, Kristian Trapanovski, Marko Ferukoski, Darko Çurlinov, Stefan Boqdanovski.